-
Yanvarın 18-dən metronun “İnşaatçılar” stansiyasının ikinci giriş-çıxışı (“20 yanvar” stansiyası tərəf) müvəqqəti bağlanacaq. Xəbəri Bakı Metropoliteni yayıb.
Bu, istismar müddətini başa vurmuş eskalatorların dəyişidirilməsi ilə bağlıdır.
İkinci giriş-çıxış bağlı olsa da, keçid piyadalar üçün açıq qalacaq.