-
Avstraliyanın baş naziri Malcolm Turnbull Əfqanıstan paytaxtı Kabilə qəfil səfər edib. O, yanvarın 18-də bildirib ki, bu ölkədə əsgər sayını artıracaq. Əfqanıstanda Avstraliya əsgərlərinin sayı 270-ə çatacaq.
Bir neçə gün öncə Turnbull ABŞ Prezidenti Barack Obamanın Suriya və İraqda İslam Dövləti qruplaşmasına qarşı mübarizəyə daha çox əsgər göndərmək təklifini rədd edib.
Turnbull yanvarın 18-19-da Vaşinqtona danışıqlara gedir, Yaxın Şərqdə və Asiya-Sakit Okean regionunda təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Əfqanıstanda 12 illik təhlükəsizlik əməliyyatlarında Avstraliya 41 əsgərini itirib.