Əfqanıstanda azı 13 nəfər həlak olub

Calalabad, arxiv fotosu

-

Əfqanıstanın şərqində Calalabad şəhərində bir siyasətçinin evinə intiharçı hücum edib, azı 13 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Hökumət sözçüsünün dediyinə görə, yanvarın 17-də səhər Obaidullah Shinwari evi yaxınlığında intiharçı üzərindəki partlayıcıları partladıb. Siyasətçinin Taliban əsirliyindən buraxılmış qardaşına görə evə xeyli insan yığılıbmış.

Shinwari-nin atası və qardaşı yaralanıb, özü xəsarət almayıb.

Hadisə yerində xeyli adam olduğu üçün ölü sayının artacağı bildirilir Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Talibanın sözçüsü Zabihullah Mujahid tvitter hesabında hücuma görə məsuliyyəti rədd edib.

Shinwari Nangarhar vilayət şurasının üzvüdür, ailəsi siyasətdə fəal iştirak edir.