Neft - 28 dollar

Neft

-

Yanvarın 16-da Nyu-York birjasında Amerika nefti 6 faiz ucuzlaşaraq 29 dollar 42 sent, «Brent» markalı neft 6 faiz ucuzlaşaraq 28 dollar 96 sentə düşüb.

«AzeriLight» markalı neftin bir barrelinin qiyməti 0.82 dollar və ya 2.60% azalaraq 30.72 dollar olub.

Neftin kəskin ucuzlaşması Çin maliyyə bazarına da təsir edib.

Nyu-York birjasında əsas indekslər 2 faizdən çox aşağı düşüb. «Dow Jones» indeksi 391-ci punkta düşüb, NASDAQ indeksi isə ötən həftə 3 faiz itirib.

Ekspertlərin təhlillərinə görə, İran neftinin bazara daxil olması ucuzlaşmanı davam etdirəcək.