Bulvar+Bayraq meydanı

-

Dövlət başçısı Dövlət Bayrağı Meydanı Kompleksinin və Dənizkənarı Bulvar İdarəsinin birləşdirilməsi haqqında fərman imzalayıb.

İlham Əliyevin başqa bir sərəncamı ilə İlqar Mustafayev birləşmiş qurumun direktoru təyin edilib.

Hökumətə bir ay ərzində Dənizkənarı Bulvar İdarəsinin yeni əsasnaməsi və strukturu və əməkdaşlarının sayı haqqında təkliflər vermək tapşırılıb.

Bu addımı dövlət qurumlarının saxlanması üzrə xərclərin optimallaşdırılması və azaldılması istiqamətində bir addım kimi qiymətləndirmək olar.