-
Yanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub.
Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Cümə məscidindəki bugünkü namaz təxirə salınıb. Dindarlar başqa məscidlərə yönləndirilib.
Axtarış nəticəsində məsciddə hər hansı partlayıcı qurğu tapılmayıb.