-
“2015-ci ilin dekabrında ölkədə boru kəməri nəqliyyatı ilə neftin nəql olunması 13,5%, qazın nəql olunması qiyməti isə 15,9% bahalaşıb. Statisitka komitəsinin açıqlamasında belə deyilir.
Komitə bildirir ki, hava nəqliyyatı üzrə yükdaşıma qiymətlərinin 17%, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma qiymətləri isə 15,6% və 18,1% bahalaşıb.
Avtomobil nəqliyyatı üzrə yükdaşıma qiymətləri əksinə, 1,1% ucuzlaşıb. Bütünlükdə isə nəqliyyat sektorunda yükdaşıma qiymətləri noyabrla müqayisədə 12,4% bahalaşıb