Dərmanları bahalaşdıran direktor həbs edildi

Foto arxiv

Dərman vasitələrinin qiymətini süni şəkildə qaldıran şirkətin direktoru saxlanıb.

Baş Prokurorluğun məlumatına götə, “Novo Vita P” Məhdud Məsuliyyətli Cəmiyyətinin dərman vasitələrinin qiymətini süni surətdə artırması barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət daxil olub.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonundakı “Novo Vita P” MMC-nin ölkəyə idxal olunan dərman vasitələrinin qiymətini süni surətdə dəfələrlə artırması, gömrük bəyannaməsi olmayan dərman vəsitələri vəonların qanunsuz satışı müəyyən edilib.

Bundan başqa, çoxsaylı dərman vasitələrinin ayrı-ayrı həkimlər tərəfindən xəstələrə yazılması müqabilində onlara verilən faizlərin yazıldığıjurnallar, reseptlər, gizli mühasibat aparılmasına dair kitablar və digər qeydlər aşkar edilərək götürülüb.

“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işiaşılıb və şübhəli şəxs qismində saxlanılıb.

Hazırda istintaq gedir.