Xarici miqrasiya 41 faiz artıb

Miqrantlar Avstriyada, 12 yanvar, 2016-cı il

-

2000-2015-ci illərdə xarici ölkələrə miqrasiya edənlərin sayı 41 faiz artaraq 244 milyon nəfər olub. BMT-nin yanvarın 12-də açıqladığı tədqiqatda belə deyilir.

İndiyədək Birləşmiş Ştatlar dünya miqrantlarının ən çox məskunlaşdığı ölkədir: əhalinin beşdə biri, 47 milyonu miqrantdır ki, onlardan 20 milyonu da qaçqınlardır.

Almaniya və Rusiya 2-ci yeri bölüşür, hərəsində 12 milyon miqrant yaşayır. Səudiyyə Ərəbistanında 10, Britaniyada 9, Birləşmiş Ərəb Əmirliklərində 8 milyon miqrant var.

Beynəlxalq miqrantların üçdə ikisi Avropa və ya Asiyadadır. Avropada 76, Asiyada 75 milyon miqrant yaşayır.

Miqrantların 43 faizi, yaxud 108 milyonu Asiyadan, 25 faizi və ya 62 milyonu isə Avropadan gəlir.

Miqrantlar adətən yerli əhalidən cavan olsa da, onların əhalinin qocalması tendensiyasını dəyişəcəyi gözlənilmir.