Neftçinin nəşi ailəsinə təhvil verilib

Neftçilərin dəfni, dekabr, 2015-ci il

-

Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Mübariz Qasımovun meyiti vətənə gətirilərək ailəsinə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanvarın 12-də neftçinin nəşini götürmək üçün Türkmənistana uçan “BE-200ÇS” amfibiya tipli təyyarə axşam saatlarında geri qayıdıb.

Dekabrın 4-də “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə başlayan yanğın nəticəsində 10-dan çox adam ölüb, 20-dən çox neftçi itkin düşüb.