“Azərsun” bahalaşmaya izah verdi

Prezident İlham Əliyev "Azərsun"un istixanasında

-

“İl ərzində baş vermiş devalvasiyanın təsiri olaraq “Azərsun Holdinq” istehsal sahəsində məhsulların qiymətini 20-30% artırmağa məcbur olub. Holdinqin açıqlamasında belə deyilir.

Açıqlamaya görə, son 5 ildə "regiona olan təzyiqlər", neftin qiymətinin kəskin düşməsi, manatın məzənnəsinin ABŞ dollarına nisbətdə ucuzlaşması qida sənayesinə də təsir göstərib.

Böyük hissəsi dünya birjalarında ABŞ dolları ilə satın alınaraq Azərbaycana gətirilən xammalla istehsal edilən məhsulların qiymətində müəyyən tənzimləmələr qaçılmaz olub.

Daha sonra açıqlamada KİV-lərə və bir sıra ekspertlərə müraciət olunaraq indiki həssas dönəmdə şərhlər və məlumatlar verərkən yerli istehsal məhsulları üçün xammalın xaricdən alınmasını izah etməyi xahiş edir.