İlham Əliyev Erdogana başsağlığı verdi

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Recep Tayyip Erdogana İstanbulda törədilən terror qurbanlarına görə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Baş vermiş bu faciə ilə bağlı sizə, həlak olanların ailələri və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”, deyə məktubda bildirilir.

Yanvarın 12-də İstanbulun Sultanahmet meydanında törədilən partlayışda 10 nəfər ölüb, 15 nəfərsə yaralanıb.

Polis deyir ki, bunun arxasında “İslam Dövləti” qrupu durur