"Qızıl top"a səslərin sayı açıqlandı

Lionel Messi

Yanvarın 11-də Futbol üzrə "Qızıl top" mükafatının finalında verilən səslərin faizləri açıqlanıb.

FİFA-nın məlumatına görə, sorğuda "Qızıl top"un qalibi Lionel Messi 41.33, Cristiano Ronaldo 27.76, Neymar isə 7.86 faiz səs toplayıb.

Qeyd edək ki, soğruda 165 millinin məşqçisi, 162 kapitan və 171 jurnalist iştirak edib.