Madridin "Real" klubunun futbolçusu Garet Beyl (Gareth Frank Bale) İngiltərənin iki klubundan rəsmi təklif alıb.
Qol.Az-ın məlumata görə, "Çelsi" və "Mançester Yunayted" klubları uelsli futbolçuya təklif göndəriblər.
Amma 26 yaşlı futbolçu karyerasını "Real"da davam etdirmək istədiyini bildirib.
Bu mövsümdə "Real"da 16 oyun keçirən Beyl 12 qol vurub, 8 məhsuldar ötürmə verib.