"Qızıl top"u kim alacaq ?

Messi, Ronaldo və Neymar

Yanvarın 11-də Futbol üzrə 2015-ci il "Qızıl top"un sahibi müəyyənləşəcək.

Sürixdə keçirilən tədbir Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

"Qızıl top" mükafatı uğrunda Madridin "Real" klubundan Cristiano Ronaldo, "Barselona"dan isə Lionel Messi və Neymar mübarizə aparır.

Messi bu mükafata 2009, 2010, 2011 və 2012-ci illərdə, Ronaldo isə 2008, 2013 və 2014-cü illərdə layiq görülüb.

Braziliyalı Neymar is. "Qızıl top" uğrunda ilk dəfədir ki, mübarizə aparır.