-
Suriyanın mühasirədə olan Madaya şəhərinə humanitar yardım göndərilir. Bu şəhər sakinlərinin aclıqdan öldüyü bildirilir.
Madaya üsyançıların əlindədir.
Yanvarın 10-da şəhərə vacib ərzaq malları göndəriləcəkdi, ancaq əməliyyat yubanıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, Madaya, eləcə də Foua və Kefraya şəhərlərinə yardım yanvarın 11-də çatdırılacaq.
Livanla sərhəddə yerləşən Madayada 40 min nəfər yaşayır. Sakinlərin sağ qalmaq üçün otla, ev heyvanları ilə qidalandığı söylənir.