Xırdalanda yeddimərtəbəli binada yanğın olub

-
Yanvarın 10-da Xırdalanda yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli və qoruyucu açarlar yanıb.

Yanğın zamanı binanın 25 sakini çıxarılıb. Onlardan beşi azyaşlıdır.

Yanğın saat 14:44-də söndürülüb.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.