Sabah 12 dərəcə isti olacaq

-
Yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi səhər və gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 4-6°, gündüz 8-12° isti olacaq.
Azərbaycan rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.