FİFA “Xəzər Lənkəranı cəzalandıra bilər

Foto arxiv

FİFA “Xəzər Lənkəranı cəzalandıra bilər .

Klub keçmiş bolqarıstanlı futbolçusu Galin İvanova 250 min dollar ödəməli olsa da yanvarın sonunadək bunu etməyib. Buna görə klubun 6 xal silinə bilər.

FİFA bu məbləğin ödənilməsi üçün kluba yanvarın sonunadək vaxt qoyub.

Klubun sözçüsü Hüseyn Cəbrayıloğlu bildirib ki, yanvarın sonunadək ödənilməli cərimələr var və bu nə qədər tez olsa o qədər yaxşıdır. Çünki məbləğlərin üstünə faiz gəlir.

Sözçünün sözlərinə görə klubun hazırda ümumlikdə 600 min dollar borcu var və onun ən azı 1/3-ni bu ay ödəmək lazımdır.

Qeyd edək ki, FİFA bundan əvvəl də “Xəzər Lənkəran”a sanksiya tətbiq edib.

Həmin sanksiyaya görə klub yanvaradək yayda transfer etdiyi futbolçuların heç birindən istifadə edə bilməyib.