Abdeslamın barmaq izləri aşkar edilib

Abdeslam Salah

Brüsseldəki mənzillərdən birində intiharçı hücumlarda istifadə oluna bilən 3 gödəkçə, partlayıcı izləri və Paris hücumlarında iştirakda şübhəli sayılan Salah Abdeslamın barmaq izləri aşkar edilib.

Belçika prokurorluğunun yanvarın 8-də yaydığı məlumata görə, mənzil dekabrın 10-da axtarılıb.

Məlumatda bildirilir ki, saxta yolla kirayə götürülmüş mənzildən ola bilsin ki, Paris hücumlarına görə həbs olunmuş10 nəfərdən biri istifadə edirmiş.

Abdeslam hazırda axtarışdadır.

O ötən il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktlarında əsas şübhəli sayılır.

Hücum edənlərdən 3-ü onun qardaşı Brahim də daxil olmaqla intiharçı olub.

Paris hücumlarına görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.