Yeni qanun nüvə sazişinə zərbə ola bilər

İran, arxiv fotosu

-

ABŞ Konqresin respublikaçı üzvlərinin hazırladığı yeni qanun layihəsi İranla nüvə sazişi üzərində Konqresin nəzarətini artırmağı nəzərdə tutur. Yanvarın 7-də layihə əsas komitədən keçib və gələn həftə Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq.

Layihəni Palatanın Xarici Məsələlər Komitəsi təsdiqləyib.

Qəbul olunarsa, bu sənəd nüvə sazişinə zərbə vura bilər. Respublikaçılar bildirirlər ki, məqsəd Demokrat administrasiyasının öhdəliyinə əməl etməsinə nail olmaqdır. Yəni İrana terrorçuluğa dəstəyi və ya ballistik raket proqramına görə təzyiq azaldılmasın.

Qanun layihəsi həmçinin fərdlərin və maliyyə institutlarımın sanksiyalar siyahısından çıxarılmasını qadağan edir.

İranla nüvə sazişinin tezliklə həyata keçiriləcəyi gözlənir. Tehranın nüvə proqramını məhdudlaşdıracağı halda, sanksiyaların qaldırılması nəzərdə tutulur.