İD-nin sözçüsünün yaralandığı bildirilir

Abu Muhammad al-Adnani

-

İslam Dövləti (İD) silahlı qruplaşmasının sözçüsü Abu Muhammad al-Adnani İraqın qərb Ənbər vilayətində hava zərbəsində yaralanıb. Bu barədə İraq Birgə Əməliyyat Komandanlığı yanvarın 7-də bildirib. İD-nin baş təbliğatçısı və qruplaşma lideri Abu Bakr al-Baghdadi-nin mümkün varisi sayılan Adnani “xeyli qan itirib”. Onun bir neçə gün öncə, İD-nin paytaxtı Mosula gedərkən hücuma məruz qaldığı qeyd olunur.

ABŞ koalisiyası bu həftə Barvana yaxınlığında 100-dən çox İD yaraqlısını öldürdüyünü iddia edir.

Adnani suriyalıdır, vaxtilə İraqda ABŞ qüvvələri tərəfindən həbs olunub. O, dəfələrlə Qərbə qarşı hücumlara çağırıb. Dövlət Departamenti onun başına 5 milyon dollarlıq bəxşiş təyin edib.

Adnani İD-nin 2014-cü ilin iyununda müasir xəlifə yaratdığlnı elan edəndən sonra qruplaşmanın baş təbliğatçısına çevrilib.