Polşada dövlət KİV-lərinə nəzarət gücləndirilir

Andrzej Duda

Polşa prezidenti Andrzej Duda hökumətin dövlət KİV-ləri üzərində nəzarətinə yol açan qanun imzalayıb.

Avropa Birliyi və hüquq müdafiə təşkilatlarının tənqidlərinə baxmayaraq prezident qanunu imzalaıb.

Prezidentin mətbuat xidməti bildirib ki, dövlət başçısı üçün KİV-lərin obyektivliyi lazımdır, buna görə o Teleradio haqqında belə bir qanun imzalayıb.

Yeni qanuna əsasən dövlət televiziya və radio şirkətlərinin rəhbərlərini indən belə milli yayım şurası yox, maliyyə nazirliyi təyin edəcək.

Yeni qanunda həmçinin ictimai yayım üzrə müşahidə şurası rəhbərliyinin işdən azad edilməsi nəzərdə tutulur.