"Bavariya" türk əsilli alman futbolçusu Sinan Kurtu "Herta"ya satıb.
Qol.Az-ın məlumatına görə, 19 yaşlı oyunçu ilə 3 il yarımlıqmüqavilə imzalanıb.
Bu transfer üçün "Herta" 1 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Sinan Kurt 2014-cü ildə "Borussiya"dan (Münhenqladbax) "Bavariya"ya transfer olunmuşdu.