Rusiyanın atletika rəsmisi ömürlük qovuldu

Valentin Balakhnichev

Rusiya Yyüngül atletika federasiyasının keçmiş prezidenti Valentin Balakhnicev ömürlük idmandan kənarlaşdırılıb.

Bu barədə yanavarın 7-də Beynəlxalq Yüngül Atletika Federasiyaları Asosasiyası qərar verib.

Qərar təşkilatın rəsmi saytında yerləşdirilib.

Omma Balakhnicev bununla razılaşmır və mübarizə aparmaq fikrində olduğunu bildirib.

O qərarın siyasi motivli və bunun Rusiya idmanına qarşı ayrı-seçkilik olduğunu bildirir.

Həmçinin qaçış üzrə baş məşqçi Alexei Melnikova ömürlük qadağa qoyulub.

Onlar bundan başqa 25-15 min dollar məbləğində cərimə olunublar.

Qeyd edək ki, Valentin Balakhnicev Rusiya atletikasındakı dopinq qalmaqalına görə ötən ilin fevralında istefa verib.