“Charlie Hebdo” tanrının da karikaturasını çəkdi

Charlie Hebdo

Vatikan allahın karikaturasını çəkdiyinə görə Fransanın satirik “Charlie Hebdo” jurnalını tənqid edib.

Jurnalın üz qabığında belində “Kalaşnikov” və üstündə qan olan allahın karikaturası nəşr edilib.

Vatikanın “Osservatore Romano” qəzeti bunun bütün dindarlar və inaclı insanlara hörmətsizlik olduğunu bildirib.

Qəzetin bu nəşri yanvarın 6-da çıxıb.

Bu xüsusi buraxılış islamçıların ötən il yanvarın 7-də jurnalın Parisdəki redaksiyasına elədiyi silahlı basqının ildönümünə həsr edilib.

Xatırladaq ki, həmin hücumda 12 nəfər ölüb.

Bu hücuma görə cavabdehliyi Əl Qaidənin ərəb yarımadasındakı qanadı üzərinə götürüb.

Onlar bununla Məhəmməd Peyğəmbərin karikaturasını çəkən jurnaldan qisas aldıqlarını deyirlər.

Yanvarın 4-dən Fransada ötən il yanvarın 7-9-da törədilən hücumlarda ölənlərin xatirəsi anılır.

Həmin hücumlarda ümumilikdə 17 nəfər öldürülüb.

Fransa prezidenti Francois Hollande yanvarın 5-də hücum yerlərində olub, bir neçə xatirə lövhəsinin açılışını edib.