Yanğında ev sahibi həlak oldu

-

Yanvarın 5-də axşam saatlarında Bakıda evdə baş verən yanğında ev sahibi həlak olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, paytaxtın Yasamal rayonunda 83 yaşlı Bibixanım Rəhimovaya məxsus evdə yanğın baş verib.

Birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yarısı yanıb. Yanğın söndürüləndən sonra ev sahibinin yanmış meyiti tapılıb.

Yanğının səbəbləri araşdırılır.