Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib

Foto arxiv

Əfqanıstanın şəqrinqdə 1 ABŞ əsgəri həlak olub, 2-si isə yaralanıb.

Bu barədə yanvarın 5-də ABŞ qüvvələrinin sözçüsü məlumat verib.

İnsident Helmand əyalətindəki Marca şəhərinin ətrafında baş verib.

ABŞ əsgərləri hərbi missiyanı yerinə yetirərkən atəşə tutulublar.

Həmçinin bir neçə Əfqanıstan əsgərinin yaralandığı xəbər verilir.

Helmand əyaləti Talibanın dayaq nöqtələrindən biridir. Son həfətlər əyalətdə ağır silahlı toqquşmalar olur.

Hazırda Əfqanıstanda 12 min NATO qüvvəsi var.