-
Sözləşmə
mən günahkar meşədə ağac olmaqdan qorxuluyam, ki
quşlar inanar budaqlarıma və yuvaya salarlar sabahları
düşər hər yerimə dəlinmiş dəmirlər rəsmi tarixi,
əzbər doğar şagirdlər müəllimlər tənəffüslər
susmaq sözünə gömülmüş bütün meşələrim bir də
və heç vaxt da səni danışmayacaq qorxumdan
məni böyüdən sözlərə deyiləcək qorxum var ki
onlarda yumulub ağzım, şərh-i bəyanım qatil arzusunda çin olmuş qandı
dolaşmaqda bu məsum topoqrafiya
bizi bizə ayıran bütün məsafələr insanlığa sərhəd
ilişər bir uşaq oyunu, yırtılar dünya ən nağıl səhnəsindən
oğruya həbs edilmiş bədənlərə təkcə bir göyərçinmi ağ görünər?
sən deyil bir dövrün, zülmün sonunu daşıyırsan ağzında, bağır
qanadlarımız var.
Məsafə
nə vaxt oyandımsa qıl körpüsündə gördüm aşağıları
düşmə qorxusuna yazılmış bir kitabdan yüksələn
müqəddəs rəng hər şeyi bilirdisə,
bütün çəkilər təkliyin fil yerişidir və mənzil
iki qadın arasında məsafənin kişi Sizif əbədiliyi,
birinin bətnində dünyası, kor bir dənizin rənginə axacaq
birinin yatağı bətni, zamanın hənirti şəkli uzanmaqda hər yerinə
budur, təsir əks təsirin əksinə tərsdir, amin!
bu əyri məsafədə evi olan bir adam hər gecə bir qadının dərisinə yuxlayacaq
uşaqlara böləcək onu ki, dirilsin məsafə, səsləşsin bədənlər.
götürüb zamanı saxlasın və!
yenidən bu zamana oyansa, o göz deyilən oxusa əşyasızlığı
əgər yoxdursa yanında hənirti, çıxıb ulduzlara baxar ki,
bizə hələ son ümid budur, hələlik!
Amin
Amin, feilin indiki halında uçan quş ölümdən qorxmur
onu bir tanrı tapacaq şəhərin göbəyin kəsərkən
bizi nə vaxt əhilləşdirdi bu qədər bina
hamısında da qapı var, bismillah
mən adam oldum da anamın bətnini sənin yatağında tərk etdim
o qədər uzaqdan gəldim ki, yol oldum ...
məni allah bilir bir də nə vaxt öldürəcəksən,
taksilərəvəbarlaraböldürəcəksənhəyatımı
allah bilir, nə etsəm ayələnər
Sabaha bir adam qalmış
göyə açılmış ən böyük qapıydı gözləri, cırıldadı
və atasına oxşayan fotosunu çəkdi anası,
həyata dair arzular yazıldı dualara
“uşaqlar kəpənəkdən düşüb
oynayırdılar çiynində”
və lakin
yaşayış yerindən arayış boşalan masaları
götürüb sevdiyi qızın qarnına bələdi
burada bir söz deyilirdi
...
sadəcə bu günü vardı
günəşdən yanan tarlaların səssiz axınından
hara qaça bilərdi bu evin quzeyə baxan pəncərəsiylə
durdu
bir siqaret yandırıb çıxdı torpaqdan
söz olmalıydı ən azından bu günlük cinayət
pəncərədən gözləyən tarixə əlavə olaraq
daha yazılmalıydı gəlinlər döl yollarından