-
Moldova parlamenti yeni hökuməti təsdiqləyə bilməyib. Səbəb səsvermədə iştirak üçün yetərli deputatın olmamasıdır. Yanvarın 4-də parlamentin iclasına cəmi 47 deputat gəlib ki, bu, tələb olunan minimum saydan azdır.
Deputatlar biznesmen və keçmiş baş nazir Ion Sturza-nın baş nazirliyə namizədliyinə səs verməliydilər. O, avropapərəst baxışları ilə tanınıb.
Prezident Nicolae Timofti indi baş nazirliyə başqa namizəd irəli sürəcək. Parlament yanvarın 29-dək namizədi təsdiqləməlidir. Alınmasa, parlament dağılacaq və yeni seçki keçiriləcək.
2014-cü il parlament seçkilərindən öncə 3 bankdan 1.5 milyard dollar yoxa çıxandan sonra Moldovada siyasi sabitsizlik yaranıb. Həmin il ölkənin 5 baş naziri olub.
Sonuncu hökumət oktyabrda korrupsiya iddialarına görə dağılıb.