"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev isə Türkiyənin "Mersin İdmanyurdu" klubuna keçmək fikrində olmadığını deyib.
O Azerisport.az saytına bunun bir sıra səbəbi olduğunu bildirib:
“İlk növbədə, ailə vəziyyətimi qeyd edərdim. Bundan başqa "Mersin İdmanyurdu"nun maliyyə çətinlikləri də var. Gələcəkdə legioner olmağa çalışacam amma hələlik tələsmək fikrim yoxdur"-deyə o vurğulayıb.