Ər Riyad Tehranla münasibətləri dayandırdı

Adel al-Jubeir

Səudiyyə Ərəbistanı Tehrandakısəfirliyinə hücuma görə Tehranla diplomatik münasibətləri kəsib.

Səfirliyə bazar günü hücum edilib.

Buna səbəb bir gün əvvəl şiə xadimi Şeyx Nimr əl Namr (Sheikh Nimr al-Nimr) və 46 şiə müsəlmanının Səudiyyə Ərəbistanında edam edilməsi olub.

Onların hamısı terrorçuluq ittihamı ilə ölümə məhkum edilmişdilər.

Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl Cubeyr (Adel al-Jubeir) bildirib ki, bütün İran diplomatları 48 saat ərzində ölkəni tərk etməlidirlər.

Həmçinin Səudiyyə Ərəbistanı İrandakı bütün diplomatlarını geri çağırıb.

Əl Cubeyr İran rejimini 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin zəbt edilməsindən bu yana daima xarici diplomatik missiyaların işini pozmaqda ittiham edib.

O bunun bütün beynəlxalq razılaşmalara zidd olduğunu biuldirib.

Əl Cubeyr həmçinin Tehranı silah qaçaqçılığı, digər ölkələrdə fəaliyyət göstərən terrorçuları silah və sursatla təmin etməkdə günühlandırıb.

Səudiyyə Ərəbistanı əsasən sünni, İran isə şiə dövlətidir.

Bu iki rəqib arasında Suriya, İraq, Bəhreyn və Yəmən üzərində nüfuz mübarizəsi gedir.