Çinin ardınca Avropada indekslər düşür

Foto arxiv

Çində səhmlər 7 faizdən də çox düşdüyünə görə yanvarın 4-də Şanxay və Şentsı birjaları bağlanıb.

Buna səbəb Çinin istehsal sektoruna verilən pis qiymət olub.

Həmçinin bu məlumat yanvarın 4-də Avropada aksiyaların kəskin düşməsinə səbəb olub.

İngiltərənin aparıcı FTS 300 indeksi 2,5 faiz ucuzlaşıb ki, bu dekabrın 3-dəki 3,3 faizdən bu yana ən pis göstəricidir.

Həmçinin ilk saatlarda Avrozonanın Euro STOXX 50 indeksi 2,5, Almaniyanın DAX 30 indeksi isə 3,5 faiz düşüb.