-
Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirir ki, intiharçı Kabil aeroportu yaxınlığında partlayış törədib.
Yanvarın 4-də baş vermiş hadisənin fəsadları barədə ətraflı bilgi yoxdur. Ötən həftə həmin ərazi yaxınlığında intiharçı 1 nəfəri öldürmüş, 33 nəfəri yaralamışdı.
Hələlik hücuma görə məsuliyyət götürən də olmayıb.
Yanvarın 4-də səhər əfqan təhlükəsizlik qüvvələri şimaldakı Məzari-Şərif şəhərində silahlıların hücumunu dəf edib. Onlar Hindistan konsulluğunu ələ keçirməyə cəhd göstəriblər.