Rusiyalı nazirə kiberhücum

Nikolai Nikiforov

-

Rusiyanın kommunikasiya nazirinə məxsus sosial şəbəkə qısa müddətə haker hücumuna məruz qalıb. Hakerlər özlərini türklər kimi təqdim ediblər.

Nazir Nikolai Nikiforov Instagram hesabı "The Börteçine Cyber Team" hakerləri tərəfindən bağlanıb. Bağlanmış hesabın görüntüləri yanvarın 3-də Rusiya və Türkiyə mediasında dərc olunub. Hesaba hərbi təyyarə, Türkiyə bayraqları və Türkiyə Respublikasının yaradıcısı Mustafa Kemal Ataturk-un portreti yerləşdirilib.

Instagram Nikiforov-un hesabını bərpa edib. Ancaq nazir sosial şəbəkənin gec cavab verməsindən, problemin həllinə çox vaxt getməsindən şikayətlənib.

Türkiyə noyabrda Rusiya təyyarəsini vurandan sonra iki ölkənin münasibəti pisləşib. Türkiyə mediası dekabrda internet serverlərinə son kiberhücumların arxasında Rusiya hakerlərinin durduğunu iddia edib.