Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın maneəsiz hərəkət etməsi üçün tədbirlər görülür.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyatın hərəkətində heç bir çətinlik yoxdur. “Mazınçay” sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı yollarda çətinliklər yaranıb.
Nazirlik nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün həmin ərazidə xüsusi xilasetmə qrupu yaradıb.