Yağmursuz olacaq

Foto arxiv

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperatur gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Temperatur gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti təşkil edəcək.

Yollar buz bağlayacaq.