ABŞ-dan Nimr al-Nimr bəyanatı

Tehrandakı Səudiyyə səfirliyinə od vurulur, 2 yanvar gecəsi

-

Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanından şiə ruhanisi Nimr al-Nimr-in qətli məzhəblərarası gərginliyi artıra bilər.

Dövlət Departamentinin sözçüsü John Kirby bildirib ki, bu qətlin “məzhəb gərginliyini azaltmağın vacib olduğu bir məqamda onu artıracağı riskindən” narahatdır.

ABŞ Riyadı insan haqlarına “hörmət etməyə və qorumağa” çağırıb.

“Birləşmiş Ştatlar həmçinin Səudiyyə Ərəbistanını narazıların dinc özünüifadəsinə və qətllərdən sonrakı gərginliyi azaltmaq üçün bütün icma liderləri ilə işləməyə çağırır”, Dövıət Departamenti bildirir.