Münhendə 7-dək şübhəlinin axtarışı gedir

Foto arxiv

Münhendə terror təhlükəsinə görə bağlanmış iki dəmiryol vağzalında iş bərpa olunub.

Amma şəhərdə terror təhlükəsinin səviyyəsi yüksək olaraq saxlanılır.

Hcumlara hazırlaşmaqda şübhəli bilinən 5-7 nəfərin axtarışı gedir.

Onların hamısının “İslam Dövləti” qrupu ilə əlbir olduqları güman edilir.

Almaniya hakimiyyəti dekabrın 31-də xarici xidmətlərdən yaraqlıların Münhendə terror aktlarına hazırlaşması barədə məlumat alıb.

Məlumatda əsas hədəfin 2 dəmiryol vağzalı olduğu bildirilir.

Hər iki vağzaldan sərnişinlər dərhal köçürülüb.

Polis sakinlər və turistləri gur yerlərdən kənar durmağa çağırıb.

Həmçinin Paris, London və Berlində təhlükəsizlik tədbirləri gücləndirilib.