Neft platformasında bir nəfər ölüb

Norveç dənizi, arxiv fotosu

-

Norveçin qərb sahilində, Şimal dənizində nəhəng dalğa qazma platformasına çırpılıb, bir fəhlə ölüb, ikisi yaralanıb. Məlumatı Statoil şirkəti dekabrın 31-də yayıb.

106 nəfərlik işçidən 50 nəfəri evakuasiya olunub. Hazırda platforma da sahilə doğru istiqamət alıb.

Platforma Çinin COSL şirkətinə məxsusdur, nəhəng dalğa fəhlələrin qaldığı hissəyə dəyib. Xəsarət alan 3 fəhlə vertolyota mindirilib, biri yolda keçinib.

Platforma Troll neft və qaz yatağında qazma işi aparırmış. Trollda Norveçin ofşor qaz ehtiyatlarının 40 faizi yerləşir, qitənin də ən böyük yataqlarından biridir.