Türkiyə polisi”İslam Dövləti”qrupunun üzvləri olmaqda şübhəli bilinən 2 nəfəri həbs edib.
Onların yeni il ərəfəsində Ankarada terror aktına hazırlaşdıqları güman edilir.
Prokurorluğun dekabrın 30-da yaydığı məlumatına görə onlar Türkiyəyə Suriyadan keçiblər.
Məlumata görə onlar adətən yeni il axşamı camaatın toplaşdığı “Kizilay” meydanında terror aktı törətməyi planlaşdırırmışlar.
Oktyabrda Ankarada 100-dən çox adamın ölümü ilə nəticələnən partlayışlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.
.