İraqın baş naziri Ramadiyə gedib

Foto arxiv

İraqın baş naziri Haider al Abadi “İslam Dövləti” qrupundan azad edilmiş Ramadi şəhərinə gedib.

Bu barədə dekabrın 29-da İraqın dövlət televiziyası məlumat verir.

Briqada komandiri Ahmed al Belavinin məlumatına görə, baş nazir təhlükəsialik və əyalət rəsmiləri ilə görüşüb.

İraq qüvvələri ABŞ hərbi-hava qüvvələrinin dəstəyi ilə dekabrın 28-də şəhərin mərkəzinə daxil olub, hökumət kompleksini tam nəzarətə götürüblər.

Amma hərbçilər şəhərin bəzi hissələrinin hələ də yaraqlıların nəzarətində olduğunu deyirlər.

“İaslam Dövləti” qrupu şəhəri bu ilin mayında zəbt etmişdilər.

ABŞ-ın müdafiə naziri Ash Carter yaraqlıların şəhərdən çıxarılmasını bu qrupla mübarizədə vacib addım adlandırıb.

Hazırda İraq və Suriyanın bir çox bölgələri “İslam Dövləti” qrupunun nəzarətindədir.