Dekabrın 27-də gecə Bakının Yasamal rayonunda yanğın olub.
Çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində elektrik kabeli yanıb.
Yanğın zamanı 30 nəfər sakin binadan çıxarılıb.
Yanğın saat 04:46-da söndürülüb.
Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.