Ermənistanın pilotsuz aparatı vurulub

Foto arxiv

Ermənistan ordusunun daha bir pilotsuz uçan aparatı vurulub.

Müdafiə Nazirliyinin məlumatına görə, insident dekabrın 25-i saat 11.45 radələrində Tərtər rayonu istiqamətində baş verib.

Qeyd edək ki, Azərbaycanın müdafiə nazirliyi bundan əvvəl də təmas xəttində Ermənistan ordusuna məxsus bir neçə pilotsuz aparatın vurulması barədə məlumat yayıb.