Partlayışda 100-dən çox adam ölüb

Foto arxiv

Nigeriyanın sənaye qaz zavodunda benzindaşıyan maşının partlaması nəticəsində 100-dən çox adam ölüb.

Camaat balonlarla maşından məişət qazı alırmış.

İnsident dekabrın 24-də, əsasən xristianların yaşadığı Nnevi qəsəbəsində baş verib.

Associated Press agentliyi yanğının söndürüldüyünü və hadisə yerində 100-dən çox cəsəd aşkar edildiyini bildirir.

İnsanlar qaz doldurmaq üçün bütün günü növbəyə durublarmış.

Yanğın bir neçə saat davam edib.