Mirqədirov son söz deyəcək

Rauf Mirqədirov

-

Dekabrın 25-də həbsdə olan jurnalist Rauf Mirqədirov Bakı Ağır Cinayətlər Məhkəməsində son söz deyəcək. Hökm oxunacağı gözlənir.

Vəkili Rauf Mirqədirova bəraət istəyib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.