“Azərbaycan-Ermənistan prezidentlərinin dekabrın 19-Berndə keçirilən görüşündə irəliləyiş olmayıb. Amma tərəflər Minsk formatında işi davam etdirməkdə maraqlı olduqlarını bildiriblər”
APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova Moskvada keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli üçün yüksək səviyyədə siyasi dialoqun tərəfdarıdır.
Zakharova qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçilik fəaliyyətini davam etdirəcək və Rusiya bu istiqamətdə tərəflərə yardım göstərəcək.