Türkiyə sahillərində 32 qaçqın batıb

Foto arxiv

Türkiyənin İzmir sahillərində 19 qaçqın batıb.

Onlardan altısının uşaq olduğu bildirilir.

Qaçqınlar Yunanıstanın Lesbos adasına gedirmiş.

Taxta qayıq küləkli hava şəraitində sahilin 3 kilometrliyində batıb.

Dogan agentliyi həmçinin 14 miqrantın itkin düşdüyünü xəbər verir.

Sahil mühavizə xidməti 21 nəfərin xilas edildiyini bildirir.

Sağ qaldığı güman edilən bir nəfərin isə axtarışı gedir.

Dekabrın 23-də Türkiyə ilə Yunanıstan arasında baş verən başqa bir insidentdə isə azı 13 qaçqın ölüb.

Onlardan 7-sinin uşaqlar olduğu bildirilir.

BMT-nin qaçqınlar üzrə idarəsi və Beynəlxalq Miqrasiya Təşkilatı-nın məlumatına görə, bu il Avropa Birliyi ölkələrinə milyondan artıq qaçqın keçib.

Onların əksəriyyətinin dənizlə keçdiyi və bu cür insidentlər nəticəsində 3 692 nəfərin öldüyü bildirilir.