Xəstəxanada yanğında 25 nəfər ölüb

Arxiv fotosu

-

Səudiyyə Ərəbistanında xəstəxanada yanğın olub, 25 nəfər ölüb, 107 nəfər xəsarət alıb.

Yanğın dekabrın 24-də səhər saatlarında ölkənin cənubunda Jazan xəstəxanasında baş verib.

Rəsmilər yanğının söndürüldüyünü, araşdırma aparıldığını bildirir.