-
ABŞ-ın bir sıra ştatlarında şiddətli küləkdən azı altı nəfər həlak olub. Sinoptiklər havanın “xüsusilə təhlükəli olması” barədə xəbərdarlıq etmişdilər.
Ölümlərə İndiana, Missisipi, Tennesi və Arkanzasda tikililərin dağılması səbəb olub.
Qasırğa təhlükəsi 4 milyonadək insan yaşayan bir neçə rayonu bürüyüb. Bəzi şəhərlərdə sığınacaqlar açılıb.
Bu il miladöncəsi ABŞ-da hava qeyri-adi dərəcədə isti keçib.